Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən Türkiyə vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, Tbilisi hava limanında şübhəli Türkiyə vətəndaşının səyahət çantasına baxış zamanı xüsusi qaydada gizlədilmiş 2 kq kokain aşkarlanaraq götürülüb.
Tapılan narkotik vasitə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kriminal Polis Departamentinə təhvil verilib.
7NEWS.Az








