Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb.
7News.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son sutkada koronavirusa 833 yeni yoluxma halı təsdiqlənib, 19 nəfər vəfat edib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 346 983 nəfərin yoluxduğu müəyyən edilib, onların 4 853-ü ölüb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 205 nəfər artaraq 330 721-ə yüksəlib.
7News.Az








