RU
Gürcüstanda dövlət çevrilişinin təşkilatçıları azadlığa buraxılıb
13:30
25

Gürcüstanda dövlət çevrilişinin təşkilatçıları azadlığa buraxılıb

Gürcüstanda dövlət çevrilişinin təşkili işi üzrə 7 il müddətinə həbs olunmuş Murtaza Zodelava və Laşa Beridze azadlığa buraxılıblar.

Onlar təqsirlərinin etiraf edilməsi barədə prosesual razılaşma əsasında cəzaçəkmə müəssisəsini tərk ediblər.

Razılaşmaya əsasən, hər iki şəxs 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbs cəzası müddətinin 1 il 1 ayını penitensiar müəssisədə çəkiblər, qalan 2 il isə şərti cəza kimi tətbiq olunub.

Murtaza Zodelava və Laşa Beridze ilə yanaşı iş üzrə 5 il müddətinə həbsə məhkum edilmiş daha iki nəfər – Quri Jvaniya və İrakli Çxvirkiya ilə də prosesual razılaşma əldə olunub. Onlar növbəti günlərdə azadlığa çıxacaqlar.

Qeyd edək ki, Gürcüstanda ötən ilin oktyabrın 4-də bələdiyyə seçkilərinin keçirildiyi gün kütləvi etiraz aksiyası təşkil olunub. Aksiyaçılar prezident sarayına hücuma cəhd ediblər. Kütləvi iğtişaşlarla bağlı aksiyanın təşkilat komitəsinin 5 üzvü ilə yanaşı yüzlərlə etirazçı saxlanılmışdı.

Təşkilat komitəsinin üzvlərindən olan Murtaza Zodelava və Laşa Beridzeyə strtateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsi və bloklanması, qrup halında zorakılığın təşkili və ona rəhbərlik, Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə açıq çağırışlar etmək ittihamları irəli sürülmüşdü.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ