RU
Gürcüstanda Hindistan ştammına yoluxanların sayı 80-ə çatdı
15:40
193

Gürcüstanda Hindistan ştammına yoluxanların sayı 80-ə çatdı

Gürcüstanda koronavirusun Hindistan ştammına təsdiqlənən yoluxma hallarının sayı 79 təşkil edir.

7News.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanda delta ştammının dövriyyə göstəricisi 20 %-dən çoxdur.

A.Qamkrelidze COVID-19-un təhlükəli növünə yoluxma faktlarının tədricən artacağını qeyd edib.

"Bu gün Britaniya ştammı ilə yanaşı ölkədə delta ştammı da intensiv dövriyyə edir. Yayılma tədricən artacaq və bunun qarşısını almaq mümkün deyil”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ