RU
Gürcüstanda koronavirusa 4 318 yeni yoluxma qeydə alınıb, 70 nəfər ölüb
14:50
186

Gürcüstanda koronavirusa 4 318 yeni yoluxma qeydə alınıb, 70 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 4 318 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 70 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gürcüstanda indiyə qədər COVID-19-a 808 889 yoluxma halı təsdiqlənib. Yoluxanların 11 422-si ölüb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 457 nəfər artaraq 743 927-yə yüksəlib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ