Gürcüstanda Hindistan virusu olan delta ştammına yoluxma pasientlər arasında ölüm faktı 137 faiz, bundan əlavə olaraq xəstəxanaya yerləşdirmə ehtiyacını isə 85 faiz artırıb.
Professor İvan Çxaidze deyib.
Onun sözlərinə görə, Hindistan ştammı Britaniya ştammından fərqli olaraq, daha mürəkkəb olub, fəsad yaradan və asan yayılmağı bacaran virusdur. Yeganə çıxış yolu isə vaksinasiyadır.
Gürcüstanda son bir sutkada 5697 nəfər virusa yoluxub. 54 nəfər isə ölüb. İndiyədək 455 min nəfər virusa yoluxub və onlardan 6182 nəfəri isə ölüb.
7NEWS.Az








