Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə ötən sutkada daha 1 398 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 11 ölüm halı qeydə alınıb.
Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 382 734-ə, ölənlərin sayı isə 5 503-ə çatıb.
Son 24 saat ərzində daha 1 164, ümumilikdə isə 362 491 nəfər sağalıb.
Bu günə olan aktiv xəstə sayı 14 714 nəfər təşkil edir.








