RU
Gürcüstanda turistləri daşıyan avtobus qəzaya düşdü
21:00
213

Gürcüstanda turistləri daşıyan avtobus qəzaya düşdü

Gürcüstanın Acarıstan bölgəsində turistləri daşıyan avtobus qəzaya düşüb.

Nəticədə iki xarici turist hadisə yerində həyatını itirib, 10-a yaxın insan yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Batumi klinikalarına aparılıb.

Qəza Keda bələdiyyəsinin Maxuntseti kəndi yaxınlığında baş verib. Sürətlə hərəkət edən mikroavtobusla iri tutumlu avtobus toqquşub.

Yerli sakinlərin sözlərinə görə, daha bir neçə nəfərə yerindəcə tibbi yardım göstərilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ