RU
Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb
18:00
366

Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ