RU
Gürcüstanda yenə zəlzələ oldu
15:40
396

Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Sameba kəndinin 9 kilometrliyində qeydə alınıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Sameba son aylar ən aktiv seysmik zonaya çevrilib. Belə ki, burada demək olar ki, hər həftə kiçik zəlzələlər qeydə alınır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ