RU
Gürcüstandan gələn avtomobilin çənindən görün nə çıxdı - VİDEO
21:00
606

Gürcüstandan gələn avtomobilin çənindən görün nə çıxdı - VİDEO

Gürcüstandan gələn avtomobilin yanacaq çənindən fişəng və pirotexniki vasitələr tapılıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə daxil olan Gürcüstan vətəndaşı Məşədiyev Rusif Firudin oğlu ilə idarə etdiyi nəqliyyat vasitəsinə gömrük nəzarətindən gizlədilən və ya gömrük orqanına bəyan edilməyən predmetlərin olub-olmamasına dair şifahi sorğu-sual aparılıb.

Gömrükçülərin suallarına mənfi cavab versə də, Məşədiyev Rusif Firudin oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin qaz balonunun içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində "Roman Candle" sözləri yazılan 60 qutu fişəng və üzərində "Super Blitz" sözləri yazılan hər birində 10 ədəd olmaqla 40 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır./milli

 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gürcüstandan gələn avtomobilin çənindən pirotexniki vasitələr tapılıb


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ