Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri iyulun 18-i parlament qarşısına çıxacaq.
"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü nazir iyulun 5-6-da Tbilisidə baş vermiş hadisələrlə bağlı deputatların suallarına cavab verməli olacaq.
Məlumata əsasən, V. Qomelauri artıq iyulun 12-si diplomatik korpusla görüşüb. Görüş zamanı diplomatlar paytaxtda baş vermiş son hadisələr, həmçinin ictimai asayişin və vətəndaşların sərbəst toplaşma və ifadə azadlıqlarının qorunması üçün görülmüş tədbirlər barədə detallı məlumatlandırılıblar.
7NEWS.Az








