Konstitusiya Məhkəməsi Referendum Aktına iyulun 25-də baxacaq

Konstitusiya Məhkəməsi Referendum Aktına iyulun 25-də baxacaq

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə iyul ayının 25-də baxacaq.

7News.Az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, 2016-cı il iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası iyul ayının 25-i saat 10:00-a təyin olunub.

Xəbər lenti