RU
lombard
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
21:31
148

Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi

Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, Baş prokurorun əmri ilə, Ramal Nizaməddin oğlu Quliyev prokurorluq orqanların müstəntiq təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ramal Quliyev  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı vəzifəsindən azad olunub.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ