"Mədəniyyət Nazirliyinin tabeliyində olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.
7News.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda sabiq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov aldığı rüşvəti etiraf edən zaman deyib.
O qeyd edib ki, rayonlarda mədəniyyət binalarının cari təmir işlərinin aparılması üçün vəsaitlər nəzərdə tutulub:
"Bütün rayonlar üzrə 1 milyon 500 min manat miqdarında pul olurdu. İl ərzində 40-45 müəssisə təmir edilirdi. İdarə rəisləri 10 faiz miqdarında nazirliyə dəstək olaraq vəsaitlər verirdilər. Bu da 150 min manat demək idi. Bəzi hallarda bunu şirkət rəhbərləri, bəzən idarə rəisləri mənə verirdilər”.
7News.Az








