Həmin ərazini Nizami RİH satıb! – 5 ağacın kəsilməsi ilə bağlı ziddiyyət və İDDİA

Həmin ərazini Nizami RİH satıb! – 5 ağacın kəsilməsi ilə bağlı ziddiyyət və İDDİA
Nizami Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığl rəsmi məlumatı inkar edir.

Dünən (21 fevralda) rayonun Qara Qarayev prospekti 59 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan məlumat dərc edildikdən sonra qurumdan AFN-in redaksiyasına mövqe yazısı daxil olub. Həmin yazıda bildirilir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 21 fevral 2018-ci il tarixində saat 08:00 radələrində rayonun Qara Qarayev prospekti 59 ünvanında gecə saatlarında ağac kəsilməsi faktı müəyyən edilib və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verilib: "Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nizami Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri ilə birgə yuxarıda qeyd olunan ünvanda reyd keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə akt tərtib edilib və toplanmış materiallar tədbir görülməsi üçün Rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ərazidə 20 ədəd yeni ağacın əkilməsi təmin olunub”.
ETSN-in dünən hadisə ilə bağlı yaydığı rəsmi məlumatda isə bildirilirdi ki, ağac kəsilməsi faktı nazirliyin əməkdaşlarının keçirdiyi reyd zamanı aşkarlanıb. AFN-in məsələyə aydınlıq gətirmək üçün verdiyi sorğuya cavab olaraq nazirlikdən bir daha qeyd olundu ki, fakt ETSN-in rayon üzrə kuratoru tərəfindən reyd keçirilən zaman aşkarlanıb. 
Başqa bir mənbədən saytımıza daxil olan məlumatda isə konkret olaraq bildirilir ki, Nizami RİH tərəfindən həmin ərazi satılıb! "Məsələ çox yüksək səviyyədə araşdırılır, icra hakimiyyətinin atdığı addım yolverilməzdir və yaxın günlərdə ciddi nəticələr gözlənilir” deyə mənbəmiz qeyd edir.
Maraqlıdır ki, müvafiq rəsmi açıqlamada ağacları kəsənlərin kimliyi ilə bağlı heç bir açıqlama verilmir. Halbuki bir sutka ərzində bunun aydınlaşdırılması elə də çətin olmamalı idi. Məlumatdakı bu yarımçıqlıq deməyə əsas verir ki, Nizami RİH-in ağacların kəsilməsində gerçəkdən də xüsusi marağı olub.

Həmin ərazini Nizami RİH satıb! –

Həmin ərazini Nizami RİH satıb! –

Həmin ərazini Nizami RİH satıb! –

Həmin ərazini Nizami RİH satıb! –

Xəbər lenti