>
RU
lombard
Hindistanda daşqınlar - Ölənlərin sayı artdı
00:20
1113

Hindistanda daşqınlar - Ölənlərin sayı artdı

Hindistanın şimalındakı Himaçal Pradeş ştatında yağan güclü leysan yağışları nəticəsində baş verən daşqın və sel fəlakətlərində azı 16 nəfər ölüb, 2 nəfər də xəsarət alıb.


Daşqınlar ştatın üç bölgəsinə ziyan vurub. Çamba bölgəsində 2, Kullu bölgəsində 4, Lahaul-Spitidə 10 nəfər ölüb.

Hindistanda musson mövsümü başlayıb. Leysan yağışlarının səbəb olduğu daşqınlar və bədbəxt hadisələr barədə məlumatlar ölkənin müxtəlif yerlərindən eşidilir. Ölkənin qərb ştatı olan Maharaştrada ötən həftə 190-dan çox insan ölüb./Yenisabah.az

 

7NEWS.Az

 
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ