Hindistanda Ludxiana şəhərində məhkəmə binasında partlayış olub.
7News.Az "NDTV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
İlkin məlumata görə, partlayış binanın 3-cü mərtəbəsində baş verib. Hazırda hadisə yerində polis və xilasedicilər çalışır.








