RU
I və IV qrupda keçid balları 50-70 bal aşağı düşəcək - Statistika
17:10
903

I və IV qrupda keçid balları 50-70 bal aşağı düşəcək - Statistika

Ötən illlə müqayisədə bu il yüksək bal toplayan abituriyentlərin sayı azalıb.
7News.Az xəbər verir ki, bunu DİM-in "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” vəsaitinə istinadən təhsil eksperti Kamran Əsədov bildirib.

Statistikanı təqdim edirik:

I ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent- 1 nəfər

680-690 arası bal toplayan abituriyent- 14 nəfər

670-680 arası bal toplayan abituriyent- 29 nəfər

660-670 arası bal toplayan abituriyent- 46 nəfər

650-600 arası bal toplayan abituriyent- 53 nəfər

Ümumilikdə I ixtisas qrupu üzrə 650 dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600 dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500 dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400 dən çox bal toplayan abituriyentlərin sayı 3939 nəfərdir.

IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent- 3 nəfər

680-690 arası bal toplayan abituriyent- 111 nəfər

670-680 arası bal toplayan abituriyent- 22 nəfər

660-670 arası bal toplayan abituriyent- 26 nəfər

650-600 arası bal toplayan abituriyent- 39 nəfər

Ümumilikdə IV ixtisas qrupu üzrə 650 dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600 dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500 dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400 dən çox bal toplayan abituriyentlərin sayı 1831 nəfərdir.

Bütün bunları nəzərə alan təhsil eksperti 2019-cu ildə ixtisaslar üzrə keçid ballarının I və IV qrupda azı 50-70 bal aşağı düşəcəyini qeyd edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ