RU
16:50
662

"İbrahim Tatlısəsin arvadının oğurlanmış səhifəsini bərpa etdim" -17 yaşlı azərbaycanlı gənc

Müsahibimiz gənc sosial media meneceri Samir Ağayevdir. 

Zəhmət olmasa,sizi tanımayan izləyicilərimizə haqqınızda qısa da, olsa məlumat verərdiz. 

Mən- Samir Ağayev Cəlilabad rayonunda anadan olmuşam. 17 yaşım var. İnstagramda təhlükəsizlik işlərinə- oğurlanmış, instagram tərəfindən deaktiv olunmuş hesabları bərpa edirəm. O cümlədən, reklam işləri ilə də məşğul oluram.

Bu yaşda çətin deyilmi, belə ağır işi idarə etmək? 


Təbbi ki, bu sahə çətinliyi ilə bərabər, həmçinin, təcrübəmin az olduğu üçün mənə çox manələr törədib. Amma, hazırda yığdığım təcrübə ilə daha da, çətin məsələlərin öhtəsindən gəlirəm. 

Nə zamandan öyrənməyə başladınız?


2015-ci ildən bu işlə məşğul oluram. Həvəsim olduğu üçün işimin nəticəsini qısa zamanda görmüşəm. 

Məşhurlardan kimin səhifəsinin bərpasına kömək etmisiz?

Türkiyəli məhşur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldızın oğurlanan instagram profilini bərpa etmişdim. 

Səhifənin kim tərəfindən şikayət olunmasını bilmək olurmu?

Səhifə şikayət olunursa və yaxud, müəllif hüququ olunan matreal şikayət olunan da, İnstagram hesabına bağlı olan E-poçt adresinə bildiriş olaraq göndərilir. Konkret kimlik bilinmir. Şikayət olunan video və ya matreal amma, göstərilir. 

Yəqin ki, məlumatlı olarsınız İnstagramda nə yeniliklər gözlənilir?


Bildiyim qədəri ilə İnstagramda süni yollar ilə artırılan profil səhifələrin təmizlənməsi gözlənilir. Yəqin ki, başqa yeniliklər də olacaq, amma sosial şəbəkə bu haqda özü məlumat yayır.

Olubmu ki, pul qarşılığında kiminsə səhifəsini bağlatdırmaq istəsinlər?


Bəli olub, amma mən onu bacarmıram. Qanunlara zidd işlər görmürəm. Halal yolla, əziyyətimin bəhrəsin qazanmağı üstün tuturam.

Bu sahədə ən böyük qaancınız nə qədər olub? 17 yaşlı gənc üçün yəqin ki, böyük nəticə olar.

Ən böyük qazancım 4 rəqəmli olub. Uzun müddətli bağalan bir profili Azərbaycan və Türkiyyədə bu işi bacaran instagram mütəxəsisləri aça bilmədiyi halda, mən açmışdım. Profil sahibi çox tanınmış olduğundan pul mükafatı vermişdi. 

Köməklik etdiyiniz səhiflərdən danışdız, bəs bağladığınız səhifə olmayıb?


Mən əsasən, Azərbaycan əleyhinə olan bir çox ermeni sehifələrin bağlayıram. Azərbaycan milli - mənəvi dəyərlərinə zidd, bayrağımız, şəhidlərimiz haqqında mənfi paylaşımlar edən bir çox səhifləri bir vətənpərvər gənc olaraq nə zaman görsəm məhv edirəm. Amma, yerli səhifələrdən Vətənə aid olan səhifələrə çalışdığım qədər təmənnasız dəstək oluram.

Qeyd edim ki, bu sahəyə başlayanda demək olar ki, 1il yarım təmannasız işlər görmüşəm. 

İnstagram səhifəsi işlədənlərə, parolların qırılmaması və ya, səhiflərinin şikayət olunmaması üçün hansı məsləhətlər verə bilərsiniz?


Birinci növbədə şifrə güclü olmalıdır- " ad və doğum tarixindən” istifadə etməsinlər, e-poçta adresine səhifəni və ya profili bağlı etsinler, iki addımlı doğrulamanı aktiv etsinlər. Həmçinin, inboxa göndərilən linklərə girməsinlər. Hər hansı çətin durumda instagram mütəxəsisinə müraciət etdikləri zaman, onun haqqında araşdırma edib, sonra müraciət etsinlər. Son zamanlar bu sahədə dələduzların sayı artıb. Bu gün Azərbaycanda bu işlə məşğul olan bir neçə bəzi dırnaq arası profil qoruyucuları var ki, öz həmvətənlilərinin instagramını bərpa edib, sonradan yenidən silirlər ki, tez - tez pul ala bilsin, insanların güvənindən istifadə edirlər. Erməni səhifələrinə yaxın dura bilməyən, çətin profilləri qoruya bilməyənlər ancaq bu yollara əl ata bilərlər. Niyə biri gəlib bizim komandaya qoşulmur? Camaatı aldadıb, ancaq pul yeməklə məşğuldurlar. Bu yolda mənə ciddi dəstək göstərən bir nəfər olub, hansı ki, bu işin professionalıdır, çətin vəziyyətlərdə müraciət etdiyim şəxs tanınmış Smm Şəhriyar Tağızadədir./big

Müsahibə üçün təşəkkür edirik


Çox sağ olun!

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ