Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qızı Elif Ada onun verilişində qonaq olub.
Elif Adanın "İbo Show"'dakı danışığı və davranışı gündəmə damğa vurub.
Sosial şəbəkə istifadəçilərinin Elifin ünvanına yazdığı bəzi şərhlər anası Ayşegül Yıldızı əsəbləşdirib.
O, qızı ilə bağlı yazılan yorumlara üsyan edərək, bunları qeyd edib:
" Allah eşqinə, qızım atasını mütəmadi görmədiyi üçün ondan çox çəkinir. Atasını həyatında ilk dəfə veriliş apararkən izləyir. Elə bu səbəbdən də təəccübünü və həyacanını gizlədə bilmirdi.İlk dəfə idi ki, studiyada idi. Atası çağırdı o da "getməyəcəyəm" dedi.Biz onu güclə razı saldıq.O, 7 yaşında uşaqdır və ilk dəfə verilişə çıxdığı üçün şok olub.O dəqiqə də beyni fərqli çalışan adamlar ağzına gələni yazırlar"








