RU
İsmayıllıda çaya aşan avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib
12:20
19

İsmayıllıda çaya aşan avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

İsmayıllıda avtomobil çaya aşıb, 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə dünən gecə saatlarında baş verib.

1980-ci il təvəllüdlü Cümşüd Hüseynova məxsus "Niva” markalı avtomobildə sürücü və sərnişinlər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ