RU
İcra başçısı özünə yeni müavin təyin etdi
09:32
530

İcra başçısı özünə yeni müavin təyin etdi

Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

7News.Az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalovun imzaladığı əmrə əsasən, müavini Abid Əliyev vəzifəsindən azad edilib.

Onun yerinə Vüqar Şıxəmmədov təyinat alıb.

Şıxəmmədov məlumatı Oxu.Az-a təsdiq edib.

Qeyd edək ki, Vüqar Şıxəmmədov Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ