RU
İcra başçısının i̇şdən çıxarılan qadın müavi̇ni̇nə maaşsız vəzi̇fə veri̇ldi̇
10:48
567

İcra başçısının i̇şdən çıxarılan qadın müavi̇ni̇nə maaşsız vəzi̇fə veri̇ldi̇

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının işdən çıxarılan müavini Sevda Qurbanəliyeva əmək fəaliyyətini Gəncə Dövlət Universitetində (GDU) davam etdirəcək.

7News.Az xəbər verir ki, bu barədə a24.az-a GDU-nun Mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev məlumat verib. O bildirib ki, S.Qurbanəliyeva GDU-nun musiqi fənləri kafedrasının müdiri vəzifəsini ictimai əsaslarla davam etdirəcək. Eyni zamanda, iş vahidi yarımştat götürüləcək.

Qeyd edək ki, ötən gün Qurbanəliyeva Sevda Firuddin qızı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, idarənin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ