lombard

İlham Əliyev Putinlə görüşünü anons etdi

İlham Əliyev Putinlə görüşünü anons etdi

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə TASS informasiya yayıb.

"Hələlik konkret tarixlər yoxdur, lakin mütləq olacaq. Çünki ötən il prezidentlə təmaslarımız beş, ya da altı oldu. Odur ki, bu, müntəzəm formatdır”, - "görüşlərin mütləq keçiriləcəyi”ni vurğulayan İlham Əliyev deyib.

Daha sonra "Azərbaycanı yeni Rusiya hökuməti ilə konstruktiv əməkdaşlıq gözləyirmi?” sualını cavablandıran Prezident İlham Əliyev ölkələr arasında əlaqələrin mövcud razılaşmalar kontekstində uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

"Əminəm ki, bu il də ticarət dövriyyəsinin artması və çoxşaxəli münasibətlər baxımından çox uğurlu olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.

 

7News.Az

Xəbər lenti