RU
lombard
İlham Əliyevdən SƏRƏNCAM - Koronavirusa görə 97 milyon manat ayrıldı
16:48
348

İlham Əliyevdən SƏRƏNCAM - Koronavirusa görə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ