RU
lombard
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
15:16
209

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.

"Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə bir-birlərini səmimi qəlbdən təbrik ediblər və hər iki ölkənin qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad etdiyini, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda qeyd edilir.

Prezidentlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin inkişafı barədə razılığa gəliblər.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ