RU
İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub
11:30
151

İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub

Bu ilin 11 ayında Rusiyada cinayətlər nəticəsində 20 minə yaxın insan ölüb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 2022-ci ilin yanvar-noyabr ayları üçün cinayətkarlığın vəziyyəti ilə bağlı materiallarında qeyd olunub.

"Kriminal hücumlar nəticəsində 19,6 min nəfər həlak olub ki, bu da 2021-ci illə müqayisədə 9,6 % azdır, 29,8 min nəfərin sağlamlığına ciddi ziyan dəyib (keçən illə müqayisədə 1,2 % az)”, - materialda deyilib.

Statistik bilgilərə əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında cinayətlər sonucunda 21,6 min nəfər ölüb, 30,1 min nəfərin sağlamlığına ağır zərər dəyib, 2020-ci ilin 11 ayı ərzində 20,9 min nəfər həlak olub, 32,7 min nəfərin sağlamlığına ciddi ziyan dəyib.

Ümumilikdə bu il Rusiyada 1 823 min cinayət qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % azdır. Qeydə alınan cinayətlərin sayında artım Rusiyanın 29 regionunda, azalma isə 56-da olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ