RU
İlin yekunu: İşgəncələr, intiharlar və amansız qətllər
11:20
588

İlin yekunu: İşgəncələr, intiharlar və amansız qətllər

2018-ci ilin tarixə qovuşmasına sayılı günlər qalıb. Bu il bir çox sosial hadisələr baş verib.

Gəlin, birlikdə bu sahədə baş verən hadisələrə nəzər salaq.

7News.Az Oxu.az-a istinadən sosial sahədə baş verən ilin yekunlarını təqdim edir:

2018-ci ilin mart ayının 2-də səhər dəhşətli xəbərlə açıldı. Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verdi. Hadisə ölənlərin sayının 25-dən çox olması ilə yadda qaldı.

Narkoloji dispanser hadisəsindən bir neçə gün sonra Sumqayıt şəhərində binaların birinin zirzəmisində bir ailənin dəm qazından boğulması barədə xəbərlər yayıldı. Bir ailənin altı üzvü bir gecədə məhv oldu.

Bu il səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfatı ilə də yadda qaldı. O aprelin 9-da səhər saatlarında, 71 yaşında dünyasını dəyişdi.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərə bilməyən abituriyentlərdən bir neçəsinin intihar xəbərləri gündəmə gəldi.

Yadda qalan intiharlardan biri də Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atan 2000-ci təvəllüdlü qız idi.

İntihar edən qız 17-ci mərtəbənin pəncərəsindən özünü atmışdı. Yuxarıdan düşən zaman binadakı kondisionerə ilişib, paltarları cırılmışdı. Hətta iddia olunurdu ki, həmin qız intihar etməyib, binadan atılaraq öldürülüb.

Cari ilin sentyabr ayında Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə dəhşətli hadisə baş verdi. Nəriman Əliyev sevgilisi, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsərək öldürdü.

Belə ki, hadisədən əvvəl Aysel sevgilisi ilə hoteldə görüşüb. Orada intim münasibətdən sonra  aralarında mübahisə yaşanıb. Nəriman qadına bıçaqla xəsarət yetirib, daha sonra onun başını kəsib. O, qadının üstünü örtüb, onun portmanatındakı pulları götürərək hoteli tərk edib.

Qubada əmisi oğlunun arvadını qaçıran kişi barədə də xəbərlər mediada böyük əks-səda doğurdu.

25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qadının atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Noyabrda qalmaqala səbəb olan hadisələrdən biri Azərbaycanda ərin ona xəyanət edən arvadının görüntülərini paylaşması idi. İddialara görə, ər həyat yoldaşını başqa bir kişi ilə tutub.

Daha sonra qadının başını keçəl edərək, onu telefonunun kamerasına çəkib. Şəkilləri sosial şəbəkədə paylaşıb, arvadı və ona xəyanət etdiyi kişinin ünvanına qeyri-etik ifadələr səsləndirib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

İlin son ayı da qalmaqalsız ötüşmədi.

Azərbaycanda qardaşının həyat yoldaşına sataşdığı iddia edilən gənc sərt şəkildə cəzalandırıldı.

Xəyanət edən qadının əri dostları ilə birlikdə qardaşının boynundan kəndirlə bağlayaraq işgəncələr verib. Gənc oğlanı çılpaq vəziyyətdə çöllük sahəyə apararaq döyüblər. Daha sonra onun üzr istəməsini əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Ucarda dəhşətli qətl hadisəsi baş verdi. Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimova öz əmisi oğlu tərəfindən qətlə yetirildi.

İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Məlumata görə, Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ