Azərbaycanda ümumi daxili məhsul (ÜDM) bu il 3 %, 2022-ci ildə isə 2,3 % artacaq.
7NEWS.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) «Recovery During a Pandemic» adlı hesabatının oktyabr sayında qeyd olunur.
Qeyd edək ki, qurumun aprel proqnozunda Azərbaycanın iqtisadi artım tempi müvafiq olaraq 2,3 % və 1,7 % səviyyəsində müəyyən edilmişdi.
7NEWS.Az








