Pakistanın sabiq baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub.
7News.Az Trend-ə istinadən xəbər verir ki, Lahor şəhərində etiraz aksiyası zamanı odlu silahdan açılan atəş nəticəsində o, ayağından yaralanıb.
Qeyd edilir ki, hadisə zamanı daha 4 nəfər xəsarətlər alıb.
Sabiq baş nazir, eləcə də digər xəsarət alanların həyati təhlükəsi olmadığı bildirilir.
Xatırladaq ki, İmran xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
7News.Az








