7NEWS.az xəbər verir ki, Çinin qərbində Çinxay əyalətində yağan güclü yağış daşqınlara səbəb olub. Səlahiyyətlilər, 403 min 368 əhalisi olan əyalətin Datonq Hui və Tu Muxtar Bölgəsində dünən axşam saatlarında başlayan güclü yağışların daşqın və torpaq sürüşməsinə səbəb olduğunu bildirib. Bildirilib ki, daşqın nəticəsində çaylar daşıb, kənd və şəhərlər su altında qalıb, seldə 16 nəfər həyatını itirib, 36 nəfər isə itkin düşüb.
7NEWS.az








