RU
İngiltərədə azərbaycanlı hamilə qadın vəfat etdi
12:10
29

İngiltərədə azərbaycanlı hamilə qadın vəfat etdi

İngiltərədə yaşayan azərbaycanlı qadın vəfat edib.

Bu barədə mərhumun yaxınları öz sosial şəbəkə hesablarında məlumat veriblər.

Qeyd olunub ki, vəfat edən uzun zamandır adıçəkilən ölkədə yaşayan Natəvan Qasımzadədir.

34 yaşlı qadın hamiləliklə bağlı anidən həyatını itirib.

Xatırladaq ki, N.Qasımzadə "Westminster" Universitetində "Hematologiya" ixtisası üzrə magistr dərəcəsi alıb. Ardından o, İngiltərədə yaşamağa davam edərək tibb sektorunda fəaliyyətə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ