İranın paytaxtı Tehranda koronavirus əleyhinə tədbirlər sərtləşdirilir.
"Qafqazinfo” xəbər verir ki, Tehran Həmkarkar İttifaqları palatasının rəhbəri Kasem Node Farahaninin sözlərinə görə, paytaxtın mərkəzi bazarı və banklar bağlanacaq.
O əlavə edib ki, koronavirusla bağlı yaranmış çətin vəziyyət səbəbindən mərkəzi bazar və banklar 6 günlük müddətinə bağlanır.
Qeyd edək ki, İranda son sutka ərzində 25 441 yeni yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan bu günə qədər isə ölkədə ümumilikdə 3 548 704 yoluxma faktı aşkar olunub.
7NEWS.Az








