İran polisi İsfahanda etiraz aksiyası keçirən əkinçilərə atəş açıb.
Bu barədə "Azad İran” Teleqram kanalı xəbər yayıb.
Bildirilir ki, İranın xüsusi təyinatlı polis qüvvələri ötən gecə isfahanlı əkinçilərə və onların toplaşdığı etiraz yerinə hücum edərək çadırları yandırıb.
Qeyd edək ki, İranın İsfahan şəhərində Zəyəndərud çayının quruması ilə bağlı etiraz aksiyaları keçirilir./qafqazinfo








