RU
İran XİN: ABŞ-ın birtərəfli sanksiyaları ilə uşaqlar belə üzləşiblər
14:30
97

İran XİN: ABŞ-ın birtərəfli sanksiyaları ilə uşaqlar belə üzləşiblər

Sanksiyalar Amerika insan haqlarının əsas dayağıdır.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
"Hər gün İrana qarşı yeni sanksiyalar siyahısı dərc olunur. Bu dəfə daxili işlər naziri, rabitə naziri və daha 5 İran rəsmisi ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb. Bütün İran xalqı uzun illərdir ki, heç bir ayrı-seçkilik olmadan dolanışığını, işini, sağlamlığını və normal həyatını hədəf alan ABŞ-ın amansız sanksiyaları ilə mübarizə aparır", - Nasiri deyib.

O bildirib ki, ABŞ-ın birtərəfli, qeyri-qanuni və qəddar sanksiyaları ilə hətta uşaqlar belə üzləşiblər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ