RU
İranda 5 avtomobil toqquşub, 10 fəhlə ölüb, 5-i yaralanıb
15:50
332

İranda 5 avtomobil toqquşub, 10 fəhlə ölüb, 5-i yaralanıb

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.

Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda baş verib.

Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.

Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ