RU
İranda etirazlara görə aparıcı texnologiya universitetində dərslər dayandırılıb
15:40
168

İranda etirazlara görə aparıcı texnologiya universitetində dərslər dayandırılıb

İranda etirazlar səbəbilə ölkənin aparıcı universitetində dərslər dayandırılıb.

İranın Tehrandakı aparıcı texnologiya universiteti olan Şərif Universitetində gecə ərzində tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalardan sonra dərslər dayandırılıb və onlayn formata keçirilib.
"Şərif Texnologiya Universiteti elan edir ki, son hadisələrə görə və tələbələri qorumaq ehtiyacı səbəbi ilə bütün dərslər bazar ertəsindən onlayn olaraq keçiriləcək,” Universitet rəhbərliyi bildirib.
Qeyd edək ki, oktyabrın 2-də 200-ə yaxın tələbə universitetə toplaşaraq İranın dini rejiminə qarşı şüarlar səsləndirib. "Qadın, həyat, azadlıq”, "tələbələr alçalmaqdansa, ölümü üstün tuturlar” kimi şüarlar səsləndirilib.
Xatırladaq ki, 22 yaşlı Məsiha Əmininin ölkədə qadınlar üçün geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra döyülərək öldürülməsinin ardınca ölkədə etirazlar başlayıb və artıq nümayişlər üçüncü həftəsinə daxil olub.
Etiraz dalğası zamanı onlarla etirazçı öldürülüb, mindən çoxu həbs edilib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ