İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim və pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan doktor Əyyub Ənsarinin meyiti aşkarlanıb.
Məlumatı İran KİV-i yayıb.
İlkin məlumata əsasən, alim "qidadan zəhərlənərək” ölüb. Əyyub Ənsarinin zəhərləndiyi ehtimal edilir.
Onun ölümündə İsrail MOSSAD-ının adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib./report
7NEWS.Az








