İranın paytaxtı Tehran şəhərində kütləvi nikah mərasimi baş tutub.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, eyni vaxtda şəhərin müxtəlif ərazilərində düz min cütlük ailə həyatı qurub. Şənliyin ən diqqətçəkən və qeyri-adi detalı toy karvanı olub. Belə ki, hərbi avtomobillər və zirehli texnikalar çiçəklərlə, həmçinin çəhrayı və ağ rəngli şarlarla bəzədilərək gəlin maşınlarına çevrilib. Bu avtomobilləri isə bəylər özləri idarə ediblər. Təntənəli mərasimin əsas mərkəzlərindən biri tarixi İmam Hüseyn meydanı olub ki, burada 110 cütlük nikaha girib.











