RU
Misirdə silahlı şəxs ətrafdakılara atəş açdı - Ölənlər var
10:40
27

Misirdə silahlı şəxs ətrafdakılara atəş açdı - Ölənlər var

Misirin Əsyut əyalətində silahlı insident qeydə alınıb. Hadisə nəticəsində səkkiz nəfər həyatını itirib, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Misirin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, psixoloji problemləri olan bir şəxs avtomobildən endikdən sonra ətrafdakılara atəş açmağa başlayıb.

Silahlı şəxs hücumdan dərhal sonra ərazidən uzaqlaşıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin gizləndiyi yeri müəyyənləşdiriblər. Saxlanılarkən o, polisə silahlı müqavimət göstərib.

Baş verən atışma gedişatında cinayətkar zərərsizləşdirilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ