RU
İrandan ABŞ və İsrailə xəbərdarlıq: Atəşkəs pozularsa “dağıdıcı cavab” veriləcək
12:50
24

İrandan ABŞ və İsrailə xəbərdarlıq: Atəşkəs pozularsa “dağıdıcı cavab” veriləcək

İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin atəşkəsi pozacağı təqdirdə buna "dağıdıcı” cavab veriləcəyini açıqlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, açıqlama "Ordu Günü” münasibətilə yayılan bəyanatda dərc olunub.

Bəyanatda vurğulanıb ki, İran Ordusu və İnqilab Keşikçiləri Korpusu düşmənlərin hər hansı təcavüzkar və qanunsuz hərəkətlərinə qarşı sərt reaksiya verməyə hazırdır.

Həmçinin bildirilib ki, 4 mart tarixində ABŞ tərəfindən beynəlxalq sularda batırıldığı iddia edilən "Dena” gəmisində həyatını itirən şəxslərin qisasının alınacağı qeyd olunub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ