RU
İrandan Türkiyəyə gedən yük maşınında 462 kq narkotik tapılıb
22:50
983

İrandan Türkiyəyə gedən yük maşınında 462 kq narkotik tapılıb

İrandan Türkiyəyə qaçaq yolla keçirilən yüksək miqdarda maye narkotik maddə aşkar edilib

Türkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram maye narkotik maddə (metamfetamin) aşkar edib.
Bu barədə Türkiyənin Ticarət naziri Mehmet Muş özünün "Tvitter” səhifəsində yazıb.

"Aparılan uğurlu əməliyyat nəticəsində rekord hədd olan maye narkotik maddənin ölkəmizə girişinə əngəl yaradan heyətimizə təşəkkür edirəm” - deyə, nazir bildirib.

Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, bu, indiyədək Türkiyə tarixində ələ keçirilən ən yüksək miqdarda maye metamfetamin olub.

Narkotik maddə müsadirə olunub və sürücü nəzarətə alınıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ