RU
İranın 12 əyalətində avtomobil yollarını su basıb, ölənlər var
12:40
273

İranın 12 əyalətində avtomobil yollarını su basıb, ölənlər var

İranın 12 əyalətində əlverişsiz hava şəraiti avtomobil yollarında müəyyən çətinliklər yaradıb.

7News.Az "Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Yol hərəkəti və İnformasiya İdarəsi Mərkəzinin rəisi Əhməd Şirani bildirib.

Onun sözlərinə görə, Gilan, Mazandaran, Gülüstan, Tehran, Qum, İsfahan, Yəzd, Çahar-Mahal və Bəxtiyari, Kohiluye və Buyer-Əhməd, Fars, Kirman və Buşəhr əyalətlərinə yağan güclü leysan yağışları nəticəsində avtomobil yollarını su basıb.

Həmçinin bəzi yerlərdə dağıntılar əmələ gəlib.

Qeyd edək ki, İrana yağan güclü yağışlar nəticəsində ölənlər, yaralananlar və itkin düşənlər var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ