İranın nüvə proqramı olan Əhatəli Birgə Fəaliyyət Planının bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanda bərpa ediləcək.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət xidmətinin baş katibinin müavini Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-la sıx əməkdaşlıq, tənzimlənməyən əsas problemlərlə bağlı qərarın qəbul olunması üçün sürətin artması vacibdir: "Səkkizinci raunda xoş gəlmisiniz” - E.Mor tviter səhifəsində qeyd edib.
Qeyd edək ki, Əhatəli Birgə Fəaliyyət Planı 2015-ci ilin yayında qəbul olunub. Lakin ABŞ İranın nüvə proqarmından şübhələndiyini elan edərək bu razılaşmadan çıxmışdı.
7NEWS.Az







