İranın İrəvandakı səfirliyi Ermənistana giriş üçün yeni qaydaları açıqlayıb.
7News.Az "Fars News”a istinadla xəbər verir ki, Ermənistanın Səhiyyə Nazirliyi turist qismində ölkəyə gələn hər bir iranlıdan koronavirusdan mənfi testi nəticəsi və ya peyvənd sertifikatı tələb edir.
İslam Respublikası vətəndaşlarına "Corona” əleyhinə peyvənd yalnız ölkədə 10 gün qaldıqları halda vurulur. Əcnəbilər "AstraZeneca” peyvəndi ilə vaksinasiya olunur və proses mobil mərkəzlərdə həyata keçirilir.
İran səfirliyi açıqlamasında bildirib ki, Ermənistanda məhdud sayda mobil mərkəz var və peyvənd prosesi çox vaxt apara bilər.
Eyni zamanda, Ermənistan Səhiyyə Nazirliyi 1-11 yaşları arasında uşaqlar üçün mənfi test və ya peyvənd sertifikatına ehtiyacları olmadığını bildirib.
Nazirliyin tələbi ilə "Corona” test sertifikatı erməni, rus və ya ingilis dilində olmalıdır.
Erməni KİV-lərinin məlumatına görə, mobil mərkəzlərdə peyvənd vurulması saat 20:00-da bitir, ancaq bundan sonra da iranlılar dağılışmırlar. Onların çoxu səhərlər peyvənd almaq üçün gecəni küçədə keçirirlər. Çünki bu şəkildə yaşayış üçün də pul ödəmirlər.








