RU
İraqda etirazçılar parlament binasına daxil olublar
23:10
686

İraqda etirazçılar parlament binasına daxil olublar

İraqda baş nazir postuna Məhəmməd əl-Sudaninin namizədliyinin irəli sürülməsindən narazı qalan nümayişçilər parlament binasına daxil olublar.

Bu barədə "Shafaq” agentliyi məlumat yayıb.

İraqın baş naziri Mustafa Əl-Kazemi nümayişçiləri dərhal parlament binasını tərk etməyə çağırıb.

Etirazçılar Bağdadın mərkəzində dövlət idarələri və səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan "Yaşıl zona”ya, eləcə də hərbi aerodromla bitişik olan beynəlxalq hava limanına daxil ola biliblər./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ