Türkiyə ordusu İraqın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib.
7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yaraqlılardan birinin "Pençe-Kilit” antiterror əməliyyatı zonasında, ikisinin isə İraqın Metina bölgəsində öldürüldüyü vurğulanır.
Nazirlik əlavə edib ki, Türkiyə ordusu terrorçulara qarşı effektiv və qətiyyətli mübarizəni davam etdirir.
7NEWS.Az







