RU
İraqın şimalında PKK-nın 4 terrorçusu məhv edilib
12:10
197

İraqın şimalında PKK-nın 4 terrorçusu məhv edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncə-Kilid” əməliyyatı bölgəsində müəyyən edilən PKK-nın 4 terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu səhər Türkiyə Milli Müdafiə Nazirliyi hərbçisinin eyni bölgədə şəhid olduğunu açıqlamışdı.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ