RU
İrəvana avtomobillə gedəcəyik: Paşinyan razılığın əldə olunduğunu təsdiqlədi
16:30
534

İrəvana avtomobillə gedəcəyik: Paşinyan razılığın əldə olunduğunu təsdiqlədi

Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunması barədə Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

Trend-in Ermənistan KİV-inə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.

"Biz həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə etmişik", - deyə N.Paşinyan əlavə edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ